Nazirlər Kabineti Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları üçün 44 adda hərbi geyim və əşya əmlakı müəyyənləşdirdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nda dəyişiklik edib. Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normalarına Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantlarının hərbi geyim və əşya əmlakı ilə təchizatını nəzərdə tutan əlavə edilib.

Əlavədə Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları üçün 44 adda hərbi geyim və əşya əmlakı nızırdı tutulur.

Qaydalara əsasən, təhsilini başa vuraraq ilk hərbi rütbə aldıqda, kursantlara əvvəllər verilmiş, lakin istismar müddətləri başa çatmamış əşya əmlakları onların gələcək təminatına hesablanır.

KATEQORIYA:
Bu xəbəri paylaş