Nazirlər Kabineti ümumqoşun ərzaq payı normalarında dəyişiklik edib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşunları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı Normaları”nda dəyişiklik edib. Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklə ərzaq normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş