Nəcməddin Sadıkov NATO-nun tədbirinə qatılıb

Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etmək üçün Belçika Krallığına yola düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş