Nəciməddin Sadıkov NATO toplantısında iştirak edəcək
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.
KATEQORIYA: Müdafiə