Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiyaya səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş