Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli dəstək” missiyasının gedişi və cari əməliyyat şəraitindəki təhlükəsizlik vəziyyəti, o cümlədən “Uyarlılıq platforması” çərçivəsində tərəfdaşlar ilə uyarlılığın daha da artırılması ilə bağlı yollar və bu məqsədə nail olmaq üçün müxtəlif fərdi yanaşmaların tətbiqi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində N.Sadıkov bir sıra ikitərəfli görüşlər də keçirib.

Military Committee in Chiefs of Defence Session at NATO Headquarters in Brussels- MC/CS in Resolute Support Format

KATEQORIYA:
Bu xəbəri paylaş