Neftçala rayonu ərazisində sahildə tapılan naməlum meyitin kimliyi məlum olub

Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İB-nin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə tapılan naməlum meyitin kimliyi məlum olub.

Dövlət Dəniz Adminstrasiyasının (ARDDA) mədbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, meyiti tapılan şəxsin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olması təsdiq edilib.

Mərhumun nəşi ailəsinə təhvil verilib.

Məlumatda o da qeyd olunub ki, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş