“Neptun” iki hədəfi iki saniyə fasilə ilə vurub

“Neptun” iki hədəfi iki saniyə fasilə ilə vurub

Ukrayna R-360 “Neptun” gəmi əleyhinə qanadlı raket sisteminin sınaqlarını keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynanın “Luç” Kiyev Dövlət Konstruktor Bürosu məlumat yayıb. R-360 “Neptun” raketlərinin sınaqları Odessanın cənubundakı “Əlibəy” paliqonunda keçirilib.

“Luç” Kiyev Dövlət Konstruktor Bürosunun direktoru Oleq Korostelev bildirib ki, sınaqlar zamanı RK-360MC “Neptun” kompleksindən buraxılan R-360 raketləri demək olar ki, eyni vaxtda iki hədəfi məhv edib.

Onun sözlərinə görə, Qara dənizdəki iki hədəfə iki saniyə fasilə ilə raket atışları həyata keçirilib. hədəflər aralarındakı məsafə 20 kilometrdən çox olub. O.Korostelev ilk dəniz hədəfinin atış yerindən 85 kilometr, ikincisinin isə 110 kilometr məsafədə olduğunu deyib.

“Neptun” raket sistemi “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən Ukraynanın müdafiə sənaye kompleksinin digər dövlət və özəl müəssisələri ilə birlikdə hazırlanıb. Aviakerosinlə işləyən “Neptun” raketinin hazırlanmasında müasir yanaşmalar və yeni nəsil texnologiyalardan istifadə edilib.

Raketin uçuş uzaqlığı 300 km təşkil edir. Dəqiqliyi və manevr imkanları artırılmış “Neptun” 5000 tona qədər su basımına malik hərbi gəmiləri batırmaq üçün istifadə oluna bilər. Raket marş prosesində inersial və GPS naviqasiyasından, uçuşun son mərhələsində isə avtomatik özütuşlanan radiolokasiya başlığından istifadə edərək hədəfə yönəlir.

KATEQORIYA:
Bu xəbəri paylaş