“Neptun” sahil mühafizə raket kompleksinin növbəti atış sınağı keçirilib

“Neptun” sahil mühafizə raket kompleksinin növbəti atış sınağı keçirilib

Ukrayna Silahlı Qüvvələri Odessa yaxınlığındakı poliqonda RK-360MC “Neptun” sahil mühafizə raket kompleksindən real döyüş başlığına sahib raketin atış sınağını keçirib.

Bu barədə “Azeri Defence” Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Dövlət sınaqlarının uğurla keçirldiyi və sistemin silahlanmaya qəbul üçün hazır olduğu sübuta yetirilib.

RK-360MC “Neptun” sahil mühafizə raket kompleksi həm müstəqil, həm də gəmi qruplarının və sahil mühafizə bölmələrinin tərkibində, müxtəlif hava və mürəkkəb radioelektron mühitdə hərbi gəmiləri məhv etmək üçün hazırlanıb.

““Neptun” təkcə gəmi hədəflərini deyil, həm də yerüstü hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, bu raketlər müasir bir silahdır – düşmən radarlarına demək olar ki, görünməzdir”, – deyə nazirlik bəyan edib.

Raketin istehsalçısı olan “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun baş direktoru Oleq Korostelov növbəti mərhələdə “Neptun”un yeni modifikasiyası üzərində işləyəcəklərini bildirib. Hazırda raketin hava və ya dəniz platformalarına bazalaşdırılması məsələsi müzakirə olunur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş