nEUROn birinci sınaq uçuşunu keçirib

Avropanın ilk stels zərbə pilotsuz uçuş aparatı olan nEUROn-un prototipi birinci sınaq uçuşunu gerçəkləşdirib. Bu barədə “AzeriDefence” Dassault Aviation şirkətinə istinadən məlumat verib.

2005-ci ilə başlanmış nEUROn proqramında Fransa, İtaliya, İsveç, İspaniya, Yunanıstan və İsveçrə iştirak edir. Proqramın əsas podratçısı qismində Fransanın Dassault Aviation şirkəti çıxış edir. Proqramda həmçinin Alenia Aermacchi (İtaliya), Saab (İsveç), EADS-CASA (İspaniya), HAI (Yunanıstan), RUAG (İsveçrə) və Thales (Fransa) firmaları iştirak edirlər.

Uzunluğu 10 m, qanadının ölçüsü 12,5 m təşkil edən PUA-nın boş çəkisi 5 tondur. nEUROn Rolls-Royce və Turbomecanın birgə hazırladığı “Adour” mühərriki ilə təchiz edilib.

PUA-nın sınaqları 2014-cü ilə qədər Fransada keçiriləcək. Daha sonra istismar sınaqları üçün İsveçə göndəriləcək. Stels və silah tətbiqi ilə sınaqların isə İtaliyada keçirilməsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş