NH90 Fransa Silahlı Qüvvələrinə təqdim olundu

NH90 taktik nəqliyyat helikopteri (TTH) Fransa Silahlı Qüvvələrinə təqdim olunub. “AzeriDefence” saytının məlumatına görə, ötən gün Fransa müdafiə naziri Jerar Lonqun iştirakı ilə keçirilən tədbirdə helekopterin istehsalçısı “Eurocopter” şirkəti NH90 helikopterinin son modifikasiyasını rəsmi olaraq Fransa ordusuna təqdim edib.

“Eurocopter” şirkətinin prezidenti və baş icraçı direktoru Lutz Bertling bildirilib ki, helekopter xüsusi olaraq taktiki nəqliyyat xarakterli hazırlanıb: “Şirkət və partnyorlarımız bu uğura görə fərq edirlər. Yekun rəyə görə, bu helekopterin əməliyyat imkanları yüksəkdir və inanırıq ki, üzərinə qoyulan vəzifələri uğurla yerinə yetirə biləcək”.

Qeyd edək ki, Fransa 34 ədəd NH90 TTH helekopterləri üçün sifariş verib. Bu helekopterlər Fransanın helekopter parkında “Puma”nı əvəzləyəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş