Niderland HDQ sualtı əməliyyatlar üçün “Sea WASP”ı seçdi

Niderland HDQ sualtı əməliyyatlar üçün “Sea WASP”ı seçdi

Niderlandın Müdafiə Materialları Təşkilatı (DMO) İsveçin “SAAB SeaEye” şirkəti ilə “Sea WASP” insansız sualtı vasitələrin satın alınmasına dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence”ə SAAB şirkətindən məlumat verilib.

“Sea WASP” sistemləri Niderland Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil ediləcək.

Çəkisi 75 kq təşkil edən “Sea WASP” həm mülki, həm də hərbi sektorlarda sualtı əməliyyatlar üçün nəzərdə tutuluan kiçik və çevik məsafədən idarə edilən sualtı robot platformasıdır. “Sea WASP” dəniz minalarının aşkarlanması və digər kəşfiyyat işləri üçün istifadə edilə bilər.

Niderland Hərbi Dəniz Qüvvələri “Sea WASP” sisteminin Avropada ilk istifadəçisidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş