Nigeriya Müdafiə Nazirliyi “Typhoon” və “Spartan” zirehli avtomobilləri alır

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, iyunun 2-də Nigeriya Müdafiə Nazirliyi tərəfindən sifariş edilmiş 177 zirehli avtomobilin birinci partiyası çatdırılıb. Avtomobillər Nigeriya Lima İdarəsi tərəfindən qəbul edilib və müdafiə naziri tərəfindən maşınlara baxış keçirilib.

Ilk partiyada 25 maşın yer alır.

Avtomobillər BƏƏ-nin “Streit Group Ras Al Khaimah (RAK) Manufacturing Facility” müəssisəsində istehsal edilib. Hər iki modeldən bir neçə avtomobil Nigeriya ordusunun istismarındadır. Həmçinin bildirilir ki, “Spartan” avtomobili hələ 2011-ci ildən Nigeriya polisi tərəfindən istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş