Nigeriya Ordusuna JF-17 döyüş təyyarələri tədarük edilir

Nigeriya Ordusuna JF-17 döyüş təyyarələri tədarük edilir

Nigeriya Hərbi Hava Qüvvələri üçün istehsal olunan ilk 3 ədəd JF-17 Block II “Thunder” döyüş təyyarəsinin son tamamlanma işləri görülür.

Bu barədə Azeri Defence saytı “Scramble.nl” nəşrinə istinadən məlumat verib.

NAF-720, NAF-721 və NAF-722 quyruq nömrəli 3 ədəd JF-17 Block II döyüş təyyarəsi Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkəti və  Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkəti tərəfindən birgə istehsal edilib.

2018-ci ildə imzalanmış müqavilə çərçivəsində 3 ədəd JF-17 döyüş təyyarəsinin satın alınması üçün Nigeriya hökuməti qismən ödəniş kimi 36 milyon ABŞ dolları (13.1 milyard NL) ayırıb.

JF-17 döyüş təyyərələrinin 2020-ci ilin noyabr ayında Nigeriya Silahlı Qüvvələrinə çatdırılması planlaşdırılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş