Nigeriyaya Мi-35 döyüş helikopterlərinin çatdırılması davam edir

Rusiya Nigeriyaya Мi-35 döyüş helikopterlərinin növbəti partiyasını göndərir.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federal Xidmət başçısının müavini Anatoli Punçuk “Helirussia-2017” helikopter sərgisi zamanı bildirib ki, Rusiya Nigeriya Hərbi Hava Qüvvələrinə Mi-35 döyüş helikopterinin növbəti partiyasının tədarükünə dair müqaviləni yerinə yetirir.

Məlumatda bildirilir ki, razılaşmaya əsasən bu dəfə 12 helikopterin tədarükü nəzərdə tutulur. İki ölkə arasında bağlanmış müqaviləyə uyğun olaraq, sifarişçiyə birinci partiya helikopterlər 2016-ci ilin dekabr ayında göndərilib. İkinci partiyanın tədarükü isə cari ilin aprelində həyata keçirilib.

Ekspertlərin fikrincə, Nigeriyanın bu tipli helikopterlərə İŞİD və “Boko Haram” terror təşkilatları ilə mübarizədə istifadə etməsinə ehtiyacı var.

Hazırda Mi-35M Rusiya Ordusunun ehtiyacları üçün istehsal edilir. İstehsal olunan bu helikopter zirehli tank texnikasının məhv edilməsi, quru qoşunlarında yaralıların təxliyyə edilməsi üçün nəzərdə tutulub. Bundan başqa helikopterdən müxtəlif yüklərin daşınması üçün də istifadə oluna bilər.

Helikopterlərin istehsalı Rostov-Donda yerləşən “Rosvertol” ASC müəssisəsi tərəfindən həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş