“Night Force” şirkəti yeni optik nişangah hazırlayıb

ABŞ-ın “Night Force” şirkətinin istehsalı olan “Nightforce” optik nişangahlarnın yeni seriyası hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, şirkətin “Nightforce NX8” adlı yeni optik nişangahı taktik hədəflər üçün hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, “Nightforce NX8” optik nişangahları möhkəm korpusa və yığcam dizayna malikdir. “Nightforce NX8”in yığcam və uzun lüləli silah modellərinə quraşdırılması mümkündür.

Nişangahın analoqlarından əsəs fərqi 1-8x böyütmə və 24 mm obyektivin diametri qabiliyyətinə sahib olmasıdır.

“Night Force” şirkətinin marketinq üzrə direktoru bildirib ki, “Nightforce NX8” optik nişangahı öz xarakteristikalarına görə, böyük modelləri üstələyir: “Bu innovasiya və texnologiyada ciddi töhfədir”.

“Nightforce NX8” 1-8×24 F1 nişangahın optik borusunun diametri 30 mm, uzunluğu 22,2 sm, çəki 482 qram təşkil edir. Yeni optik nişangah 0,5 MOA dəqiqliyinə malikdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş