NIITEK və Minelabdan yeni Yer Radarı

Mina detektorlarının aparıcı istehsalçılarından olan NIITEK Inc. və Minelab şirkəti əldə daşınan Yer Radarı/Metal Detektor (GPR/MD) üzrə birgə işlər aparmağa başlayıb. Bu barədə “AzeriDefence”yə Minelab şirkətindən məlumat verilib.

Yer Radarının ilk nümunələrinin Parisdə keçiriləcək EUROSATORY – 2012 hərbi sərgisində nümayiş etdirilməsi nəzərdə tutulur. Minelab və NIITEK-in birgə təqdim etdiyi Yer Radarı yüngüldur və müasir deteksiya texnoloqiyalardan, NİTEK-in təqdim etdiyi Yer Radarı texnologiyasından və Minelabın təqdim etdiyi döyüşlərdə özünü sınamış metal deteksiya texnoloqiyasından istifadə edərək bütün təhdidləri müəyyən edə bilir. Qurğu müasir GPR və elektromaqnetik şüalama istifadə edir ki, bu da minaları və digər təhdidləri müəyyən etməyə kömək göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş