Nikol Paşinyan: “10 noyabr sazişinin alternativi daha ağrılı olardı”

Nikol Paşinyan: “10 noyabr sazişinin alternativi daha ağrılı olardı”

Ermənistanın baş naziri Nikol Paşinyan qubernatorların iştirakı ilə iclas keçirib.

Bu barədə “Azeri Defence” Ermənistan mediasına istinadən məlumat verib.

Paşinyan ölkə daxilində vəziyyətin gərgin olduğunu bildirib: “Sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir”.

Ermənistanın baş naziri qeyd edib ki, 10 noyabr sazişinin alternativi daha ağrılı olardı: “İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi”.

KATEQORIYA:
Bu xəbəri paylaş