Nikol Paşinyan: “Müharibə zamanı həmişə Rusiyanın dəstəyini hiss etdik”

Nikol Paşinyan: “Müharibə zamanı həmişə Rusiyanın dəstəyini hiss etdik”

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyan və Müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, görüşlər zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması rejiminin qorunması və Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin noyabrın 10-da üçtərəfli bəyanatının müddəalarının yerinə yetirilməsinə dair geniş aktual mövzular müzakirə edilib.

Rusiya Müdafiə Naziri Ordu generalı Sergey Şoyqu Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə naziri Vaqarşak Aratyunana Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatın gedişi, Rusiya sülhməramlı kontingent birləşmələrinin və müşahidə məntəqələrinin yerdə yerləşdirilməsi və hərbi əməliyyatların dayandırılmasını izləməsi barədə ətraflı məlumat verib.

Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhü bərpa etdiyi üçün Rusiyaya təşəkkür edib.

“Müharibə zamanı biz həmişə Rusiya Federasiyasının dəstəyini hiss etdik” deyə Nikol Paşinyan vuğulayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş