Nikol Paşinyanın Rusiya nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar müzakirələrə səbəb olub

Nikol Paşinyanın Rusiya nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar müzakirələrə səbəb olub

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Azeri Defence” saytının məlumatına görə, müzakirə edilən fotolarda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı əks olunub.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov, Baş nazirin müavini Aleksey Overçuk, Səhiyyə naziri Mixail Muraşko və “Rospotrebnadzor”un rəhbəri Anna Popova Yerevanda səfərdə olub.

KATEQORIYA:
Bu xəbəri paylaş