Northrop Grumman MQ-8B “Firescout”ların yaradılmasına başlayır

Northrop Grumman şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələrləri ilə MQ-8C “Firescout” pilotsuz uçuş aparatının yeni versiyasının istehsalına dair 262,3 milyon dollar dəyərində müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Northrop Grumman şirkəti məlumat yayıb.

Yeni versiyada PUA MQ-8B adlanacaq və Bell-407 helikopterinin böyük planerinə keçiriləcək. Bu aparat mövcud PUA-dan üç dəfə uzaq məsafəyə hərəkət edə və havada daha çox qala biləcək.

Müqavilə çərçivəsində 26 ay ərzində iki prototipin istehsalı nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş