Northrop Grumman şirkətindən yeni portativ Hədəf Yer Modulunu təqdim etdi

Northrop Grumman şirkəti yüksək dəqiqlikli LLDR 2H (Lightweight Laser Designator Rangefinder High Accuracy) yeni portativ Hədəf Yer Modulunu (TLM) nümayiş etdirib. Bu barədə “AzeriDefence” Northrop Grumman şirkətinin saytına istinadən məlumat verib.

LLDR 2H qoşunlara uzaq məsafədən vəziyyəti daha dəqiq müşahidə etməyə, təhdidləri görməyə imkan verir.

Testlər zamanı modul GPS sistemindən istifadə etməklə iki hədəfin koordinatlarını dəqiqləşdirib. Bundan sonra həmin məlumatlar əsasında ATACMS raketləri ilə hər iki hədəf dəqiq zərbələrlə məhv edilib.

ABŞ Ordusundan alınmış sifarişlər üzrə Northrop Grumman 2012-ci ilin avqust ayında LLDR 2H-in istehsalına başlayacaq və çatdırmalar 2013 iyun ayınadək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş