NPOOO “OKB TSP” orta mənzilli ZRK-nin konsepsiyasını təqdim edib

Minskdə keçirilən MİLEX-2017 beynəlxalq hərbi sərgisinə NPOOO “OKB TSP” şirkətinin orta mənzilli zenit-raket kompleksinin konsepsiyasını təqdim olunub.

“AzeriDefence” xarici mətbuata istinadən verdiyi məlumata görə, NPOO “OKB TSP” şirkəti dövlət maliyyəsi olmadan ZRK-nı təşəbbüsçü qaydada hazırlayır. Raket kompleksinin hazırlanma müddətinin 3-5 il olacağı ehtimal edilir. Yüksək keyfiyyətli şassi üzərində zenit raketlərinin konteyneri və radiolokasiya stansiyası yerləşdirilib. Beləliklə, “Buk” ZRK-nın konsepsiyası təkrarlanır. Daşınan döyüş komplekti – şaquli vəziyyətdə olan 6 raketdən ibarətdir.

ZRK-nın ayrı-ayrı blokları artıq hazırlanıb. Yeni kompleksdə “Buk” zenit-raket komplekslərinə edilən yeniliklər tətbiq edilir. Yeni kompleksin “Buk”a yaxşı alternativ ola biləcəyi qeyd olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş