NSPA 900 ədəd AN-19/2 mina detektoru alır

NSPA 900 ədəd AN-19/2 mina detektoru alır

NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) Avstriyanın “Schiebel” şirkəti ilə 900 ədəd AN-19/2 mina detektorunun alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə “Schiebel” şirkətindən məlumat verilib.

Bütün iqlim və ərazilərdə istifadə edilə bilən AN-19/2 detektoru ABŞ Ordusu və əksər NATO ölkələrinin silahlı qüvvələrində standart mina detektoru kimi istifadə olunur.

“Schiebel” şirkəti bundan əvvəl, 2017-ci ildə NSPA ilə 1700 ədəd AN-19/2 mina detektorunun çatdırılmasına dair müqavilə imzalayıb. 2019-cu ilin oktyabr ayında daha 900 ədəd mina detektoru müqaviləyə əlavə olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş