“Nurol Makina” Qətərə xüsusi təyinatlı maşınlar tədarük edəcək

“Nurol Makina” Qətərə xüsusi təyinatlı maşınlar tədarük edəcək

Türkiyənin “Nurol Makina” şirkəti ilə Qətər arasında zirehli maşınların tədarükünə dair növbəti müqavilə imzalanıb.

Azeri Defence aytının “C4 Defence” nəşrinə istinadən verdiyi məlumata görə, müqavilə çərçivəsində “Nurol Makina” şirkəti Qətər Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyacını qarşılamaq üçün zirehli maşınlar istehsal edəcək.

Bundan əvvəl “Nurol Makina” Qətər Silahlı Qüvvələri üçün 400 ədəd “Əjdər Yalçın” taktiki zirehli maşını və 100 ədəd “Yörük” nəqliyyat vasitəsi çatdırıb.

Qeyd edək ki, Qətər Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında Qətər Silahlı Qüvvələri yerli “Barzan Holding” şirkəti ilə müqavilə imzaladığı bildirilib. Bu müqavilədən sonra “Barzan Holding” şirkəti “Nurol Makina” ilə birgə xüsusi təyinatlılar üçün maşın tədarükünə dair müqavilə bağlayıb. Şatışın məbləği və maşınların sayı barədə məlumat verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş