Nurol Teknoloji “T-Zırh”ın ixracına başlayıb

Türk mühəndisləri tərəfindən hazırlanmış “T-Zırh” adlı zirehin ixracına başlanıb. Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Nurol Teknoloji şirkəti tərəfindən hazırlanmış zirehdə bor, keramik və kompozit materiallardan istifadə olunub.

Şirkətin baş direktoru Tunç Batumun sözlərinə görə, müasir ballistik zireh olan T-Zırh quru, hava və dəniz vasitələrinin, binaların mühafizəsinin gücləndirilməsi, eləcə də bədən zirehlərinin hazırlanmasında tətbiq oluna bilər.

Artıq şirkət nəqliyyat vasitələrinin zirehlənməsi üçün adı açıqlanmayan bir ölkə ilə 45 mln. ABŞ dolları dəyərində müqavilə bağlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş