OCC taborunun təlimi başlayıb

Mayın 5-də Bakı şəhərində Azərbaycanın NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK/OCC) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.

Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək.

Təlimlər mayın 8-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş