Ohanyan Ermənistanın Rusiya ilə Su-30 təyyarələrinin əldə edilməsinə dair danışıqlar apardığını açıqlayıb

Ermənistan-Rusiya hökumətlərarası komissiyasının İrəvanda keçirilmiş son iclasında Ermənistana Su-30 döyüş təyyarələrinin verilməsi barədə məsələlər müzakirə edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Təyyarələrin alğı-satqısı barədə əlavə danışmayan Ohanyan sadəcə iclasdan əvvəl medianın Ermənistana Su-30 təyyarələrinin verilməsinə dair məsələnin müzakirə olunacağı barədə yaydığı xəbəri təsdiqləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş