OKB TSP “Sota 50” radarını nümayişə çıxarır

Belarusun OKB TSP Elmi-Tədqiqat Müəssisəsi fevral ayının 19-dan 23-dək Abu-Dabidə keçiriləcək İDEX-2017 hərbi sərgisində özünün son texnologiyalarına əsaslanan “Sota 50” radiolokasiya stansiyasını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” Belarusun Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Müəssisənin yeni məhsulu olan “Sota 50” üç koordinatlı radiolokasiya sistemi S diapazonunda çalışır və avtonom şəkildə hava müşahidəsini  həyata keçirir.

“Sota 50” radarında bərk ötürücü cihaz yeniliyi tətbiq olunub. Bu da aktiv fazalı antena şəbəkəsinə ötürməni sürətləndirir, qəbuletməni rəqəmsal şəkilə salır.

Məhsulun konstruksiyasında ən son mikroskopik texnologiyalardan və rəqəmsal siqnal emalından isitifadə edilib.

“Sota”nın sınaqları avtonom şəkildə insan müdaxiləsi olmadan həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş