Öldürməyən qumbaraatanın təqdimatı keçirilib

ABŞ-ın “Moog” şirkəti EAGLS (Electrically Articulated Grenade Launcher System) adlı yeni qumbaraatanını nümayiş etdirib.

“AzeriDefnence”in “Military Technology” saytına istinadən verdiyi məlumata görə, kütləvi tədbirlər, nümayişlər zamanı aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmaq məqsədilə ilə icad olunan EAGLS qumbaraatanı 66 mm-lik qumbara üçün nəzərdə tutulan iki işə salma qurğusundan ibarətdir. Silahdan tüstülü, səsli-işıqlı, o cümlədən 100 metr məsafədə travmatik atəş açmaq olar.

Silahın istifadəyə verilməsinə 2016-cı ildən başlanması nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş