Ölən erməni hərbçi ilə bağlı Ermənistan Ordusunun komandanlığı bu “əfsanə”ni uydurdu – FOTOLAR

Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Qor Xudinyan ölüb.

“AzeriDefence”nin “news.am”a istinadən verdiyi məlumata görə, ölən hərbçi Qor Xudinyanın ölüm faktı olaraq iddia olunur ki, o xidməti silahda nasazlığın yaranmasından əmələ gələn hadisə nəticəsində keçinib.

Hadisə fevralın 23-də saat 00.45 radələrində Ermənistan-Azərbaycan ordularının qarşıdurma xəttindəki erməni postlarından birində baş verib.

Bildirilir ki, xidməti avtomat silahında patronun ilişməsi partlamaya səbəb olub. Bunun nəticəsində o ölümcül qəlpə yarası alıb.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində təhqiqat aparılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş