Ölkələr üzrə 2016-cı ilin hərbi büdcə xərcləri açıqlanıb

Ölkələr üzrə 2016-cı ilin hərbi büdcə xərcləri açıqlanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumat görə, müdafiə sektoruna ən çox vəsait ayıran ABŞ siyahıda 622 milyard dollarla birinci, Çin 192 milyard dollar ilə ikinci sırada yer alıb.

Üçüncü sırada isə Hindistanı çox az bir fərqlə keçən Böyük Britaniya yer tutub. Böyük Britaniyanın 2016-cı ilin müdafiə xərcləri 53 milyard dollar təşkil edib.

Siyahıda Hindistan cari ildə hərbi sahəyə ayırdığı 50,6 milyard dollar vəsaitlə dördüncü yerdədir.

Qeyd edək ki, hər zaman birinciliyi qoruyub-saxlayan ABŞ-ın hərbi xərcləri 2015-ci illə müqayisədə 4,5 faiz artıb. Ötən il sonrakı yerlərdə 215 milyard dollarlıq hərbi xərclərlə Çin, 87.2 milyard dollarla Səudiyyə Ərəbistanı, 66.4 milyard dollarla Rusiya qərarlaşıb. Çin, Rusiya və Səudiyyə Ərəbistanın hərbi büdcə xərci 2015-ci illə müqayisədə xeyli dərəcədə aşağı düşüb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş