“Olxa-M” YARS ilk xarici müştərisini tapdı

“Olxa-M” YARS ilk xarici müştərisini tapdı

Ukrayna Silahlı Qüvvələri tərəfindən qəbul edilmədən əvvəl “Olxa-M” (“Vilxa-M”) YARS kompleksinin dövlət sınaqları davam edir.

“Poliqon” xəbər verir ki, “Ukroboronprom” Dövlət Konserninə daxil olan “Luç” Dövlət Kiyev Konstruktor Bürosunun mətbuat xidməti rəsmi Facebook səhifəsində yeni raket sisteminin xaricə tədarükü üçün ilk müqavilələrin bağlandığını elan edib. Lakin, xarici müştərinin adı hələlik gizli saxlanılıb.

Əslində, “Luç” Kostruktor Bürosu, perspektivli “Olxa-M” təkmilləşdirilmiş raket sistemi üçün ilk xarici alıcını kompleksin dövlət sınaqlarının uğurla başa çatması və Ukrayna Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilməsi barədə rəsmi açıqlamadan əvvəl də tapmışdır.

Bundan əvvəl dəfələrlə modernləşdirilmiş “Olxa-M” yaylım atəşi sisteminin 300 mm P624M kalibrli korrektə olunan raketlərlə dövlət sınaqlarının tamamlanmasının təxirə salınması elan verilmişdir.

“Olxa” YARS

Hal-hazırda raketlərin buraxılışı üçün MAZ-543 şassisindəki təkmilləşdirilmiş 9A52-2 döyüş maşınından istifadə olunur. 2019-cu ilin əvvəlində “Olxa” kompleksinin maket versiyası KrAZ-7634NE şassisində təqdim edilib, lakin müəyyən problemlər üzündən (KrAZ SC bankrot elan edildiyindən) kompleks böyük ehtimalla 8×8 təkər formullu Tatra T 815-7T3R41 1R şassisində yerləşdiriləcəkdi. Xüsusilə, 2020-ci ilin əvvəlində ikinci rübdən, sonra isə 2020-ci ilin sonundan bəhs edilirdi. Son müddət olaraq isə, I rübdə silahlanmaya qəbul edilməklə 2020-ci ilin dekabrından 2021-ci ilin yanvarına qədər olan dövr səsləndirilirdi.

“Olxa” kompleksinin raketlərinin növbəti sınaq atışlarının cari ilin 22-23 mart tarixlərində Odessa vilayəti, Tatarbunar rayonu, Tuzla qəsəbəsi yaxınlığında yerləşən “Alibey” Silahlı Qüvvələrinin Dövlət Sınaq poliqonunda baş tutduğu məlum olmuşdur.

“Olxa-M”

Start mərhələsində 300 mm korrektə olunan P624M “Olxa-M” raketinin dəqiqliyi 90 impuls mühərriki ilə təmin olunur.

Xatırlatmaq yerinə düşər ki, 2018-ci ildə silahlanmaya qəbul edilmiş “Olxa” YARS-dan fərqli olaraq 2019-cu ilin aprel ayında keçirilmiş ilk sınaqları zamanı “Olxa-M” YARS kompleksinin daha uzun mənzilə (130 km “Olxa-M” və 70 km “ Olxa”) sahib olması məlum olub.

Oda məlumdur ki, bu günə qədər raketlərin sınaq atışları ilə ən azı yeddi dəfə keçirilib. Bunlardan 25 aprel 2020-ci il taricində keçirilən sınaqlar zamanı, R624M raketinin start nöqtəsindən 100 km-dən artıq məsafədə yerləşən hədəfdən bir neçə metr kənarlaşma ilə dəqiqliklə vurması nümayiş etdirilib.

Məmulatın iki versiyası mövcuddur: R264M1”Olxa-M1” və R264-M2 “ Olxa-M2”. 170 kq döyüş başlıqlı R-224M1 “Olxa-M1”, hədəfləri köhnə yanacaqlı mühərriklə maksimal 140 km məsafədə, yeni yanacaqlı mühərriklə isə 154 km-ə qədər məsafədə məhv edə biləcək.

Bu modifikasiya üçün 236 kq ağırlığındakı döyüş başlığının istifadəsi nəzərdə tutulur. Bu zaman atış məsafəsi köhnə yanacaqlı mühərriklə 108 km və yeni yanacaqlı mühərriklə 121 km olacaqdır.

R-224M2 “Olxa-M2” raketinin döyüş başlığı 170 kiloqram döyüş çəkisini qoruyaraq köhnə yanacaqlı mühərriklə 141 km və yeni yanacaqlı mühərriklə 202 km məsafəyə uça biləcək.

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş