Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Azərbaycanda qeyd olunan 18 iyun İnsan Hüquqları Günü ərəfəsində İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veilib.

Bu gün ombudsman Elmira Süleymanova dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində səfərdə olub.

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş