Ombudsman cəbhədəki hərbi hissələrdə olub

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə çatdırıblar.

Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənə, dövlətə sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi qulluqçulara tövsiyə edilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

 

ombd2 ombd1

KATEQORIYA:
Bu xəbəri paylaş