OMTAS orta mənzilli tank əleyhinə raket silahlanmaya qəbul edildi – FOTO/VİDEO

ROKETSAN şirkəti tərəfindən istehsal olunan OMTAS orta mənzilli tank əleyhinə raket Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul edilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Fikri İşıq rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Müdafiə naziri OMTAS raketinin qəbul testlərini uğurla başa çatdırdığını vurğulayıb.

Fikri İşıq rəsmi “Twitter” səhifəsində OMTAS raketinin texniki xüsusiyyətlərinə də yer verib.

OMTAS-ın uzunluğu 1.8 metr, çəkisi 35 kiloqramdır. Dörd istismar rejimi mövcud olan raketin mənzili 200-4000 metrdir. Raket -35 və +60 dərəcə tempraturda çalışa bilir. OMTAS raketləri maye yanacaqla işləyir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən BRDM-2 zirehli kəşfiyyat döyüş maşınının üzərində OMTAS və UMTAS tank əleyhinə idarəolunan raketlərlə silahlandırılmış döyüş qülləsi hazırlanıb. Bu sistemin 2017-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbulu planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş