Operativ Qərargah rəisi: Ağdam şəhəri ilə Əfətli kəndini birləşdirən yol mina və PHS-dən tamamilə təmizlənib

Operativ Qərargah rəisi: Ağdam şəhəri ilə Əfətli kəndini birləşdirən yol mina və PHS-dən tamamilə təmizlənib

İşğaldan azad olunan Ağdam şəhəri ilə Əfətli kəndini birləşdirən 7 km uzunluğunda yol mina və partlamamış hərbi sursatlardan (PHS) tamamilə təmizlənib.

“Azeri Defence”nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfrasında ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

“3 gün ərzində sözügedən ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 ədəd PHS və mina aşkar edilərək zərərsizləşdirilib. 7 km uzunluğunda avtomobil yolu tam olaraq təmizlənib. Hazırda təhlükəsiz şəkildə ərazinin istifadəsi mümkündür. Bir neçə gün bundan öncə yerli və xarici jurnalistlər tərəfindən əraziyə səfər olundu.

Hazırda avtomobil yolunun ətrafında kommunikasiya xətlərinin çəkilməsi üçün lazımi işlər görülməkdədir”, – deyə İdris İsmayılov vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş