Orbitə buraxılan peyklərin sayı 1400 olacaq – ARAŞDIRMA

2024-cü ilədək orbitə buraxılan peyklərin sayı 1400-dən çox olacaq.

“AzeriDefence” bildirir ki, “Eurosconsult”un proqnozuna görə, bunun da ümumi dəyəri 255 milyard dollardan az deyil.

Proseslər dünyada peyk bazarının inkişafına doğru gedəcək.

Bu səhədə əsasən yenə də öndə ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Çin, Yaponiya və Hindistan duracaq. Peyklərin 90 faizi bu ölkələrin inhisarında olacaq.

“SpaceWorks”un hesablamalarına görə, yaxın iki il ərzində ümumi peyklərin 50 faizi kommersiya təyinatlı olacaq ki, bunun da böyük hissəsi kiçik həcmli olacağı güman edilir.

“J’son&Partners Consulting”in araşdırmasına əsasən, peyklərin istehsalında ön yerdə “O3b”, “Iridium Next”, “Inmarsat Global Xpress”, “OneWeb”, “Yaliny”, “LeoSat”, “SpaceX” dracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş