“Orbital ATK” şirkəti korrektə olunan mərmilərin yeni versiyasını hazırlayıb

Amerikanın “Orbital ATK” şirkəti 30 və 40 mm kalibrli korrektə olunan artillerya mərmilərinin yeni versiyasını təqdim edib.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən xəbər verib.

“Orbital ATK” şirkətinin məlumatına görə, yemi kiçik kalibrli artilleriya mərmisi snayper dəqiqliyini alacaq.

PABM indeksi almış yeni mərmilər “Mark 44” topları üçün nəzərdə tutulub (MK44, Mk. 44 Bushmaster II). Yeni mərmilər əsasən kater və gəmilərin silahlandırılması, həmçinin zirehli texnika və hava platformalarında tətbiq ediləcək.

“Orbital ATK” şirkətinin mürəxəssislərinin sözlərinə görə, PABM mərmiləri bir atəşlə hədəflərin məhv edilməsi üçün universal vasitə hesab olunur. Sursat yarı aktiv özütuşlanan lazer başlıq vasitəsilə ilə hədəfə yönəlir.

Bundan başqa korrektə olunan mərmilərin daha yüksək dəyəri onların kiçik maliyyə xərcləri hesabına başa gəlməsidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş