Ordu birliklərində tank heyətlərinin yarışları keçirilir – FOTO-VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən mılumat verilib.
Yarışlarda tank heyətləri tərəfindən maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlar yerinə yetiririlir. Heyətlər yerindən və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.
Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı və mexanik sürücüləri müəyyən edəcəklər.