Ordu Komandanı Kərəm Mustafayev Türkiyənin Milli Müdafiə naziri ilə görüşüb

Ordu Komandanı Kərəm Mustafayev Türkiyənin Milli Müdafiə naziri ilə görüşüb

Azərbaycanın Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bu barədə “AzeriDefence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə Azərbaycan tərəfdən Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə tərəfdən Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları Komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri Komandanı general Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri Komandanı admiral Adnan Özbal və nazir müavini Muhsin Dere iştirak edibər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş