Ordu Komandanı Kərəm Mustafayev Türkiyənin Müdafiə naziri ilə görüşüb

Ordu Komandanı Kərəm Mustafayev Türkiyənin Müdafiə naziri ilə görüşüb

Azərbaycanın Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun Komandanı general-polkovnik Kərəm Mustafayev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

“Azeri Defence” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qəbulda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Gülər də iştirak edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş