Ordunun PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirib

Ordunun PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş