Orta məktəblərə yerli təlim silahları – EKSKLÜZİV

Təkliflərə hökumətdə baxılır Azərbaycan Nazirlər Kabinetində orta ümumtəhsil məktəblərinin təlim silahları ilə təchiz olunması məsələsinə baxılır. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, ümumilikdə 4000-dən artıq məktəbin real döyüş silahlarının bənzəri olan təlim silahları və təlim trenajorları ilə təchiz olunmasını nəzərdə tutulan proqramın reallaşdırılması nəzərdə tutulur. Hökumətin müvafiq qurumları ilə hazırda razılaşdırılma mərhələsində olan layihə reallaşarsa, qarşıdakı bir neçə il ərzində bütün orta məktəblərin təlim vasitələri ilə təchizatı başa çatdırılacaq.

Təlim silahları və trenajorların Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən alınması nəzərdə tutulur. Artıq sözügedən nazirliklə bu məsələ ətrafında müzakirələr aparılıb. MSN istehsalı olan trenajorların orta məktəblərdə hərbi hazırlıq dərslərinə uyğun olduğu müəyyənləşib. Bu böyük layihə eyni zamanda yerli hərbi sənayenin inkişafına dəstək olacaq.

Orta məktəblərin təlim silahları ilə təchizatına dair müvafiq qərarın cari ilin sonuna qədər verilməsi gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş