“Oshkosh Defense” ABŞ Dəniz Piyadalarına daha 140 yük maşını çatdıracaq

“Oshkosh Defense” şirkəti ABŞ-ın Dəniz Piyadaları ilə müasirləşdirilmiş nəqliyyat sistemləri proqramı (LVSR) üzrə hazırlanmış 140 yük maşın və təxminən 70 yedəyin çatdırılmasına dair müqavilə imzalayıb. Bu barədə “AzeriDefence”yə “Oshkosh Defense” şirkətinin marketing xidmətindən məlumat verilib.

Müqavilənin məbləği 94 mln. ABŞ dollarıdır. Texnikalar sifarişçiyə 2013-cü ilin sentyabrınadək təhvil veriləcək.

Ümumilikdə, bu günədək “Oshkosh Defense” LVSR çərçivəsində 2 mindən artıq ağır nəqliyyat avtomobilinin çatdırılmasına dair sifarişlər alıb.

LVSR yük maşınları döyüş sursatları, müxtəlif materiallar daxil olmaqla çətin landşaftlı ərazilərdə yüklərin daşınması üçün nəzərdə tutulub.

LVSR nəqliyyat vasitələri “Oshkosh Command Zone” real vaxt rejimində nasazlıqların diaqnostikasını həyata keçirən sistemlə və TAK-4 müstəqil asma (amortizator) sistemi ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş