“Osprey” təyyarələri havadan yanacaq doldurma sistemi ilə təchiz ediləcək

ABŞ vertikal uçuş və eniş imkanlarına malik V-22 “Osprey” təyyarələrini Havadan Yanacaq Doldurma Sistemi (Aerial Refuelling System-VARS) ilə təchiz edəcək.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

VARS sisteminin V-22 təyyarəsinə inteqrasiyası prosesi 2019-cu ilin sonuna qədər tamamlanacaq.

ABŞ V-22 “Osprey” təyyarələrinin burun hissəsini və ekipajını silahlandırmağı da planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş