Ötən il dünyada 96533 kasetli silah məhv edilib

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı bu Konvensiyanın icra olunmasına dair 10-cu illik hesabatı (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyindən “Azeri Defence”ə verilən məlumata görə, Hesabat son 10 ildə əldə olunmuş nailiyyətlərə və qarşıda duran problemlərə həsr olunub.

1 avqust 2020-ci il tarixədək Konvensiyaya üzv ölkələrin ərazisində 560 kvadrat kilometr ərazidə kasetli silahlardan istifadə olunduğu sənədləşirilib. 2019-cu il ərzində 82 kvadrat kilometr bu silahlardan təmizlənmişdir ki, bunun da nəticəsində 96533 kasetli silah məhv edilib. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1,5 milyon kasetli silah növünün 178 milyon subsursatı zzərərsizləşdirilib.

Son 10 ili nəzərdə tutan hesabat dövründə kasetli silahlardan 4315 nəfərin zərər çəkəndiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin 80% mülki şəxslərdir ki, onların da 40%-ni uşaqlar təşkil edir.  2019-cu ildə qeydə alınmış zərərçəkənlərin 99% mülki şəxslərdir. Ümimiyyətlə kasetli silahların istifadəsindən 33 ölkədə 56000 insanın zərərçəkdiyi bildirilir.

 Hesabatda bildirilir ki ərazisinin bir hissəsi başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün Azərbaycan bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri o cümlədən də Ermənistan bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan dövlətlər kasetli silahların istehsalı, daşınması, yayılması və tətbiq edilməsinin qadağan olunması üzrə öhdəliklər götürür. Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir. 2019-cu ildə keçirilmiş Konfransda Azərbaycan ilk dəfə müşahidəci kimi iştirak edib. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir.

Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda minatəmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Hesabatda bildirilir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra iki ərazidə partlamamış M095 DPICM və 9M55K tipli kasetli silaha rast gəlinib.

27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş vermiş döyüş əməliyyatları ilə bağlı məlumatların növbəti hesabatda veriləcəyi bildirilir. Buna səbəb bu döyüş əməliyyatlarının Hesabat çapa verildikdən sonra baş verməsidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş