Ermənistan Silahlı Qüvvələrinin 12 pilotsuz uçuş aparatı məhv edilib

Azərbaycan Silahlı Qüvvələri 2015-ci ildə cəbhə xətti üzərində kəşfiyyat aparan Ermənistan Ordusuna məxsus 12 ədəd müxtəlif tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vurulub zərərsizləşdirilən PUA-lar arasında həm Ermənistanın yerli hərbi sənaye müəssisələrində istehsal edilmiş “Krunk”, həm Ermənistan Ordusunda X-55 adıyla silahlanmaya qəbul edilmiş, Rusiya istehsalı olan “Ptero-5E”, həm də multikopter sinfinə aid, Çində istehsal edilmiş “DJİ İnspire-2” və Ermənistanda istehsal edilmiş quadkopterlər yer alıb.

Qeyd edək ki, 2015-ci ildə Ermənistan-Azərbaycan cəbhə xəttində aktivlik son 20 ildə ən pik həddə çatıb. Azərbaycan tərəfi 20 illik atəşkəs dövründə ermənilərin təxribatçı hərəkətlərinə qarşı ilk dəfə olarq 107 mm-lik raktiv yaylım atəş sistemlərinin, 120 mm-lik minaatanların, 122 mm çaplı topların və tankların tətbiqi ilə cavab verib.

cbfd577e97d5

pua4az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş