Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub

Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib.

“AzeriDefence”nin  APA-ya istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb. Qeyd olunub ki, xaricdə münaqişə zonalarında döyüşmüş 30 nəfər müəyyənləşdirilib, onların ətrafında tədbirlər həyata keçirilir.

Xidmət tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, narkotiklərin  qanunsuz dövriyyəsi ilə məşğul olan 8 qaçaqmalçı qrup zərərsizləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş