Ötən il Azərbaycanda 12 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib

Ötən il Azərbaycanda baş vermiş 11 hadisə nəticəsində 12 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib. Bu barədə ADN-ə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

Səfixanovun sözlərinə görə, baş vermiş hadisələr nəticəsində 4 nəfər (o cümlədən 1 nəfəri uşaq olmaqla, 2 mülki şəxs) həlak olub və 3-ü mülki şəxs olmaqla 8 nəfər yaralanıb.

2011-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tərtər, Goranboy, Tovuz, Beyləqan və Ağdaş rayonlarının ərazisində baş verib.

“Bununla belə, bizim qeydə almadığımız hadisələrin olması faktı istisna olunmur»- deyə təşkilat rəhbəri vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş